Azərbaycan millisinin üzvü Almaniyada ürəyindən əməliyyat olundu

Azərbaycan millisinin üzvü Almaniyada ürəyindən əməliyyat olundu
15:57 19 Dekabr 2018
36 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Barış Əkinciər əməliyyat olunub. 

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, bir müddət öncə ürəyində problem aşkarlanan "Bohum"un gənclərdən ibarət komandasının futbolçusu Almaniyada əməliyyat masasına uzanıb. Ötən gün əməliyyat olunan 19 yaşlı futbolçunun durumu hazırda yaxşıdır. 

Əmisi Təkin Əkinciər futbolçunun son durumu haqda məlumat verib: "Əməliyyat dünən baş tutub.  Çox şükür, indi hər şey yaxşıdır, əməliyyat uğurlu alınıb. Yaxın günlərdə daha ətraflı məlumat verə bilərəm".

Gənc futbolçu üçün artıq bu mövsüm başa çatıb. Onun hansı müddətə bərpa olunacağı və yaşıl sahələrə qayıdacağı dəqiq bilinmir. Həkimlər əməliyyatdan sonrakı prosesləri gözləməyi lazım biliblər. 

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamıza müntəzəm olaraq dəvət alan Əkinciər ötən ildən "Bohum"da çıxış edir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR