Avropa Komissiyası “Sərt Brexit” üçün təcili plan hazırlayıb

Avropa Komissiyası “Sərt Brexit” üçün təcili plan hazırlayıb
16:27 19 Dekabr 2018
29 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ "Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən müvafiq saziş imzalanmadan tərk etməsi (“sərt Brexit”) müqabilində görüləcək təcili tədbirlər planını dərc edib".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis bildirib.
“Böyük Britaniyanın İttifaqdan çıxmasını yumşaltmaq üçün 14 təcili tədbirdən ibarət plan qəbul etmişik”, - deyə komissar qeyd edib.
Xatırladaq ki, dekabrın 13-14-də keçirilən Aİ zirvə görüşü zamanı Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sazişin Böyük Britaniyada təsdiqlənməsilə bağlı çətinlikləri nəzərə alaraq, Aİ-nin “Sərt Brexit” variantına hazırlığı sürətləndirdiyini, yaxın vaxtlarda müvafiq plan dərc etdirəcəklərini bildirmişdi.
Daha əvvəl Böyük Britaniya hökuməti Aİ üzvlüyünü yekun saziş imzalamadan tərk etmək üçün hazırlıqları sürətləndirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sert-brexit-ucun-tecili-plan-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR