7 yaşlı güləşçimiz şəhid atasının doğum günündə...

7 yaşlı güləşçimiz şəhid atasının doğum günündə...
16:33 19 Dekabr 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da azyaşlılar arasında keçirilən güləş üzrə çempionatda azərbaycanlı güləşçi 7 yaşlı Nəimi Quliyev finala çıxıb.

Publika.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk deyib.

7 yaşlı çempion şəhid atasının doğum günündə qələbəni əldə edib.

Qeyd edək ki, Nəimi 2012-ci il aprelin 6-da MTN -in (DTX) Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyatı zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Quliyevin oğludur. Elşad Quliyev Qarabağ muharibəsi zamanı da torpaqlarımızın mudafiəsində fəal iştirak edib. 2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/263634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR