Alibaba Koreyaya yeriyir

Alibaba Koreyaya yeriyir
23:27 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çinin Alibaba şirkəti Cənubi Koreyanın İnçxou şəhərinin rəhbərliyi ilə biznes mərkəzinin yaradılmasına 923 milyon dollar həcmində sərmayə qoyulması ilə bağlı danışıqlar aparır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət ilə şəhər administrasiyası bu layihəni bərabər şərtlərlə maliyyələşdirəcəklər.
 
Layihə çərçivəsində ticarət mərkəzi, otelin və logistika mərkəzinin yaradılması nəzərdə tutulur.
 
Alibaba Group Cənubi Koreya bazarında böyük potensial görür və sərmayə qoyuluşu bazarda iştirakının artırılmasına və biznesin inkişafına yönəldilib.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR