Şəhər merindən müsəlmanlara əxlaqsız "təklif"

Şəhər merindən müsəlmanlara əxlaqsız "təklif"
23:27 13 Yanvar 2015
195 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Rotterdam şəhərinin meri müsəlmanları təhqir edən açıqlama verib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, mer Əhməd Abutaleb canlı yayımda "Charlie Hebdo" fransız satirik jurnalının redaksiyasına edilən terror aktını şərh edərkən müsəlmanları təhqir edib.
 
Mer müsəlmanlara xitabən deyib ki, əgər qərb azadlıqları onların xoşuna gəlmirsə çamadanları yığıb rədd olsunlar.
 
"Əgər azadlıq sizin xoşunuza gəlmirsə, bütün müqəddəslər naminə çamadanlarınızı yığın və rədd olub gedin. Əgər bu qəzeti nəşr edən yumoristlərlə bağlıdırsa və bu sizin xoşunuza gəlmirsə, sadəcə bir söz deyə bilərəm: "rədd olun!"
 
Hollandiyaya 15 yaşında köçmüş 52 yaşlı sabiq jurnalist ölkənin liberal həyat tərzini qəbul etməkdən imtina edən immiqrantlara qarşı öz sərt mövqeyi ilə məşhurdur. Qeyd edək ki, Abutaleb Mərakeşdə doğulub və müsəlmandır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR