Seks adasında qonaq olan diş həkiminin bir günü - FOTO

Seks adasında qonaq olan diş həkiminin bir günü - FOTO
18:52 19 Dekabr 2018
108 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelada bu il seks gecəsi tədbiri keçirilib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, adada qonaqlıqda iştirak edən evli bir stomatoloq ilk gün nələr baş verdiyini "The Sun" qəzetinə anladıb.

Tədbir Venesuelanın Marqarita adasında 4 gün davam edib. Nyu-Yorkdan adaya gedən Rayan adlı həkim bu səfər üçün 4600 avro ödəyib. Rayan qeyd edib ki,limitsiz spirtli içki, narkotik maddə və seks gecələrinin olduğu adada keçən il də olub.

"Adaya getmək üçün lüks bir yaxtaya mindik. Qızlar bizi yaxtada gözləyirdilər. Birlikdə yaxtaya mindiyimiz insanların çoxu gərgin idi. Hətta adamlardan birinin tir-tir əsdiyini də gördüm. Keçən il bu tədbirdə olduğum üçün təcrübəli idim. Bu səbəbdən yaxtaya minən kimi ən gözəl iki qızı qucaqladım. Bu tətil müddətində onlar mənimlə olacaqdılar. Spirtli içki çay kimi axırdı. Qızları alt mərtəbədəki yataq otağına apardım.

Adaya çatdıq. Hamıya otağının açarı verildi. Qızları götürüb nömrəmə qalxdım. Uzandım və yatdım. Çünki uzun bir səfər və yaxtadakı seks məni yormuşdu.

Qızlar məni oyandırdılar və axşam yeməyi üçün restorana getdik. Müxtəlif yeməklərlə zəngin restoran idi. İşçilərdən birinin ad günü imiş. Qızlar ona "happy birthday" oxuduqdan sonra rəqs etdilər. Axşam 21:00-da otelin gecə klubunu açdılar. Artıq narkotik maddədən istifadə başlamışdı. Qızların səhnədəki lezbi şoularını izləməyə başladıq.

Şounun ortasında DJ səhnədə cinsi əlaqəyə girən qızlara qoşulmaq istəyənin olub-olmadığını soruşdu. Samuel adlı bir şəxs səhnəyə çıxdı və qızları öpməyə başladı. Sonra bir çox insan narkotik maddənin təsiri ilə səhnəyə çıxıb onlara qoşuldu. Bu, mənim gördüyüm ən böyük cinsi əlaqə gecəsi idi. Gecənin necə başa çatdığını xatırlamıram. Oyananda otağımda idim", - deyə stomatoloq ilk günü barədə məlumat verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/714043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR