Aftandil Hacıyev: "İki cəhbədə oynamağa hazır deyilik"

Aftandil Hacıyev: "İki cəhbədə oynamağa hazır deyilik"
19:07 19 Dekabr 2018
32 İdman
Ölkə mətbuatı
A- A+

"Maraqlı oyun alındı. Planımızda erkən qol vurmaq idi ki, buna nail olduq. Eyni zamanda qapımızı toxunulmaz saxlamaq idi. Ancaq cavab oyununda buna nail olmaq çətindi. Bu, böyük diqqət tələb edir. Bunu edə bilmədik". 
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə 2:3 hesabı ilə yenilərək mübarizəni dayandıran "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Baş məşqçi iki cəbhədə oynamağa hazır olmadıqlarını bildirib: "Bir neçə futbolçumuz ağrıkəsici iynə ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. Zədylə bağlı itkilərimiz var idi. Bugünkü gündə iki cəhbədə oynamağa hazır deyilik. Qışdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. İstirahətə ehtiyacımız vardı".
Aftandil Hacıyev heyətdə dəyişikliklərin olub-olmayacağı ilə bağlı da danışıb: "Ehtiyat qüvvəmizin yoxluğunu demək də düzgün olmazdı. Sadəcə, bir neçə futbolçumuz qış fasiləsinədək sıradan çıxıb. Futbolda əvvəldən dəqiq bir şey demək çətindi. Sadəcə, son oyunlara zədəsiz çıxmaq istəyirdik. Rəhbərliklə də söhbət edəcəyik. Gedənlər və gələnlər olacaq".
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/aftandil-haciyev-iki-cehbede-oynamaa-hazir-deyilik/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR