"Zirə"nin hücumçusu: "Azərbaycan Kubokunu qazanmağımız realdır"

"Zirə"nin hücumçusu: "Azərbaycan Kubokunu qazanmağımız realdır"
19:22 19 Dekabr 2018
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ "Zirə"nin hücumçusu Aleksandr Dedov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.Hücumçu "Report"un əməkdaşının da suallarını cavablandırıb.
- Oyunu özünüz üçün necə dəyərləndirirsiniz? 
- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu, bizi daha da motivasiya etdi. Qalib gəlmək istəyirdik.
- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız... 
- Çünki qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqda düşünmürdük. Məqsədimiz qələbə idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.
- Mükafat olacaq? 
- Hələ heç kim heç nə açıqlamayıb. Klub prezidentindən soruşun, mənim özümə də maraqlıdır.
- Hər oyun demək olar ki, Samir Abasov daha çox sənə qışqırır. Bu, səni narahat edir? 
- Abasov öz göstərişlərini verir. Onun göstərişləri mənə kömək olur. Baş məşqçi nəyisə deyəndə, bu, yaxşıdır, məni daha motivasiyalı edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.
- Yarımfinalda hansı rəqibi gözləyirsiniz? 
- Mənim üçün fərqi yoxdur. Həm "Neftçi", həm də "Sumqayıt" yaxşı komandadır.
- Builki çıxışınızı necə dəyərləndirirsiniz? 
- İli yaxşı keçirmədik. Hazırda liqada son pillədəyik. Indi hamı istirahət edəcək. Hər şeyi daha düzgün etməyə hazırlaşacağıq. Məqsədimiz avrokuboklara yollanmaqdır.
- Komandadan ayrılacağınla bağlı söz-söhbət gedir. Bu, doğrudurmu? 
- Hələ təklifim yoxdur. Olsa, danışacağıq. Maya qədər müqaviləm var.
- Kuboku götürməyiniz realdır? 
- Biz indi yarımfinaldayıq. Finala çıxmaq üçün yarımfinalı keçməliyik. Yarımfinalda hələ iki oyunumuz var. Ancaq istənilən halda kuboku götürməyimiz realdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-hucumcusu-azerbaycan-kubokunu-qazanmagimiz-realdir-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR