"Azərbaycan Kubokunu qazanmağımız realdır"

"Azərbaycan Kubokunu qazanmağımız realdır"
19:32 19 Dekabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Zirə"nin hücumçusu Aleksandr Dedov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.

Milli.Az xəbər verir ki, hücumçu Report-un suallarını cavablandırıb.

- Oyunu özünüz üçün necə dəyərləndirirsiniz? 

- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu, bizi daha da motivasiya etdi. Qalib gəlmək istəyirdik.

- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız... 

- Çünki qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqda düşünmürdük. Məqsədimiz qələbə idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.

- Mükafat olacaq? 

- Hələ heç kim heç nə açıqlamayıb. Klub prezidentindən soruşun, mənim özümə də maraqlıdır.

- Hər oyun demək olar ki, Samir Abasov daha çox sənə qışqırır. Bu, səni narahat edir? 

- Abasov öz göstərişlərini verir. Onun göstərişləri mənə kömək olur. Baş məşqçi nəyisə deyəndə, bu, yaxşıdır, məni daha motivasiyalı edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.

- Yarımfinalda hansı rəqibi gözləyirsiniz? 

- Mənim üçün fərqi yoxdur. Həm "Neftçi", həm də "Sumqayıt" yaxşı komandadır.

- Builki çıxışınızı necə dəyərləndirirsiniz? 

- İli yaxşı keçirmədik. Hazırda liqada son pillədəyik. Indi hamı istirahət edəcək. Hər şeyi daha düzgün etməyə hazırlaşacağıq. Məqsədimiz avrokuboklara yollanmaqdır.

- Komandadan ayrılacağınla bağlı söz-söhbət gedir. Bu, doğrudurmu? 

- Hələ təklifim yoxdur. Olsa, danışacağıq. Maya qədər müqaviləm var.

- Kuboku götürməyiniz realdır? 

- Biz indi yarımfinaldayıq. Finala çıxmaq üçün yarımfinalı keçməliyik. Yarımfinalda hələ iki oyunumuz var. Ancaq istənilən halda kuboku götürməyimiz realdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/714050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR