Azərbaycanda aşkarlanmış qayaüstü oyuqlar dünyanın ən qədim oyunlarındandır

Azərbaycanda aşkarlanmış qayaüstü oyuqlar dünyanın ən qədim oyunlarındandır
19:57 19 Dekabr 2018
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Ancient Origins, İrlandiya Respublikası

19.12.2018 

Müəllif: Ed Uilan

Azərbaycanda, Qobustanda ən böyük kəşflərdən birinə imza atılıb. Qobustandakı qayaların birinin üzərində masaüstü oyun aşkar edilib. Bu, ən qədim oyunlardan biri hesab olunur. Tarixi 4 min əvvələ uzanan bu oyun bir zamanlar Qədim Misirdə məşhur olmuş "tazılar", "çaqqallar" oyununun ilkin formasıdır.

Qobustan regionunda çox qədim dövrlərdə maldarlar yaşayıb. Ehtimala görə, aşkarlanmış oyunu min illər əvvəl orada yaşamış köçərilər oynayıb.

Qədim əyləncə

"Live Science" jurnalına görə, bu kəşfi Amerika Təbiət Tarixi Muzeyinin arxeoloqu Uolter Krist edib. O, Qobustandakı petroqliflərin fotolarına baxıb və qəfildən başa düşüb ki, bəzi rəsmlərdən birində masaüstü oyun təsvir olunub. Bu şəkillər U.Kristi həyəcanlandırıb. Nəticədə o, elə səhəri gün Azərbaycanın paytaxtı Bakıya yollanıb.

Amerikalı ekspert bu oyunun "tazılar", "çaqqallar" və ya "58 xana" masaüstü oyununa bənzədiyini deyir. Onun mərkəzində iki cərgə oyuqlar var. İki cərgə 50 oyuqla əhatə olunub. Hesab edilir ki, oyunda hədəf fiqurların masanın bir tərəfindən digər tərəfinə çatdırılması olub.

Onun misir nümunəsindnə tazı və çaqqala bənzəyən fiqurlar da var. Ona bu üzdən "tazılar" və ya "çaqallar" adı verilib. Həmin fiqurlar Qədim Misirin 13-cü sülaləsinə mənsub olmuş fironun məqbərəsindən tapılıb.

"Bu oyun gözlənilmədən ən müxtəlif məkanlarda aşkar olunur", - deyə arxeoloq Krist bildirir. Hesab edilir ki, "58 xana" müasir dövrdə oynanılan nərdə oxşayır.

Əslində, bu qədim oyunun tapılması surpriz deyil. Çünki əcdadlarımızın qədim zamanlarda oyun oynadıqlarına dair sübutlar var. İndiyədək çox sayda məzarda, xüsusilə də varlıların məqbərəsində müxtəlif oyunlar aşkarlanıb.

Qobustandakı qayaüstü rəsmlər

Qədim masaüstü oyun Azərbaycanın paytaxtı Bakının yaxınlığında yerləşən Qobustan dövlət tarixi-bədii qoruğunda tapılıb. Burada Mis dövrünə aid olan arxeoloji məkanlar, həmçinin 4500-dən çox petroqlif var. Bu petroqliflərdə Mis dövründə yaşamış insanların həyat tərzi təsvir edilib: qayıqlar, döyüş səhnələri, dini ayinlər, ovçuluq. Hesab edilir ki, bu petroqliflər 4 min əvvəl köçəri maldarlar tərəfindən yaradılıb.

4 min əvvəl oynanmış "58 xana" oyununun tapılması böyük əhəmiyyət kəsb edir. Çünki onu burada 4 min il əvvəl yaşamış köçəri maldarlarla əlaqələndirmək mümkündür. Azərbaycanda aşkar olunmuş "58 xana" Misirdə tapılmış oyundan da qədimdir. Amma onu da qədim oyun hesab etmək olmaz. Çünki ən qədim masaüstü oyun "Ur Kral" hesab edilir. O, müasir İraqda tapılıb.

Oyundan daha böyük məna kəsb edən "58 xana"

Kristin Qobustanda masaüstü oyun aşkar etməsi böyük əhəmiyyətə malikdir. Bu oyunun Qafqazdan Nil çayına qədər geniş regionda yayıldığı məlumdur. Demək, hələ min illər əvvəl regionda mədəni mübadilə varmış. Bundan əlavə, qaya üzərindəki masaüstü oyun həmin dövrdə cəmiyyətin mürəkkəb quruluşa malik olduğunu, qədim insanların düşüncəsinin və dil qabiliyyətinin inkişaf etdiyini göstərir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR