ABŞ ordusunu Suriyadan çıxarır

ABŞ ordusunu Suriyadan çıxarır
20:05 19 Dekabr 2018
48 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxarmağı planlaşdırır.

Milli.Az Report-a istinadən xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.

Rəsmi Vaşinqton müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxracağı barədə xəbərdarlıq edib.

Agentlik bildirib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı olub. Bundan sonra ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı barədə informasiya yayılıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/714035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR