Qurban Qurbanovun oğlu het-trik etdi - FOTO

Qurban Qurbanovun oğlu het-trik etdi - FOTO
20:17 19 Dekabr 2018
42 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

Milli.Az xəbər verir ki, Region Liqasında çıxış edən "Tufan"la qarşılaşma U-19-un 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. Yığma bununla da təlim-məşq toplanışını başa vurub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR