“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub

“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub
20:27 19 Dekabr 2018
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “Телекомпания ДИВИ" şirkəti tərəfindən lentə alınıb.
Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev və bir sıra incəsənət xadimləri iştirak ediblər.
Filmin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, maliyyə direktoru isə Vera İlyinadır.
Film ilk dəfə Rusiyanın “Mədəniyyət” kanalında nümayiş etdirilib.
Təqdimatdan öncə yaradıcı heyət filmin ərsəyə gəlməsi prosesi haqqında məlumat veriblər. Daha sonra film izlənilib.
Sənədli film bəstəkarın həyat və yaradıcılığına həsr olunub. 





Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/qara-qarayevle-bagli-film-teqdim-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR