Ukrayna Belarus və Moldovaya elektrik enerjisinin ixracını dayandırıb

23:47 13 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 23:43 ]

Bakı-APA. Ukrayna ölkə daxilində istehsal gücünün aşağı olması səbəbindən Belarus və Moldovaya elektrik enerjisinin ixracını dayandırıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNN Ukraynanın Energetika Nazirliyinə istinadən məlumat verib.

 

“Ukraynanın elektrik enerjisi sistemində stehlak- istehsalat gücləri arasında balanslaşdırılmış rejimin qorunub saxlanılması və istehlakçıların elektrik enerjisi ilə daim təmin olunması məqsədi ilə Belarus və Moldovaya elektrik enerjisinin ixracı müvəqqəti dayandırılır”, deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Ukraynadakı elektrik enerjisi çatışmazlığı Donbasdakı kömür şaxtalarına  nəzarətin itirilməsi ilə bağlıdır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR