Keçmiş Komitə və Agentliyin səlahiyyətləri bu quruma verildi

Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında qərarın icrası ilə bağlı bəzi qaydalar təsdiqlənib.

Metbuat.az-ın məlumatına görə, bu qaydalar Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq olunub.

Qərara əsasən, “Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti Qaydaları”nın 2.7-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilib.

“Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”ndə “MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ” sözləri “ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ” sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nda da müvafiq dəyişikliklər edilib.

Dəyişikliklər “Girov müqaviləsinin qeydiyyatı”, “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması", “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması”, “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi”, “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılması" qaydalarına da şamil olunur.

Universitet tələbəsi 1 gün sonra BU HALDA TAPILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR