Məşhur aparıcı və aktrisanın saçından bayram ağacı düzəldildi - VİDEO

Gənc xanımlara saç stilistliyi peşəsini tədris edən “MT Hair Akademy”, aparıcı və aktrisa Mələk Heydərova ilə birgə “Bayram ağacımızı özümüz düzəldək” adlı layihəyə start verib.

Metbuat.az xəbər verir ki, təbii şam ağaclarının qırılmasına etiraz edən akademiya elə ilk bayram ağacını öz profillərinə uyğun olaraq saçdan düzəldiblər. Belə ki, “MT Hair Academy”nin ekstravaqant saç düzümləri ilə tanınan stilisti Esmira İsmayılova aparıcı və aktrisa Mələk Heydərovanın saçlarından bayram ağacı düzəldib. Hər kəsi bu layihəyə qoşulmağa dəvət edən akademiya layihə çərçivəsində “Siz bayram ağacınızı nədən düzəldirsiz?” sualı altında kompaniyaya start verib. Kompaniya yanvarın 13 nə yəni “Köhnə yeni il”ə dək davam edəcək. Bu kompaniyaya qoşulanların videoları akademiyanın instaqram səhifəsində təqdim olunacaq. 13 yanvarda isə layihənin partisi keçiriləcək və hər kəs müxtəlif əyani vəsaitlərdən, məhsullardan düzəltdiyi qeyri adi bayram ağacını nümayiş etdirəcək. Layihədə iştirak edənlərə müxtəlif hədiyyələr veriləcək. Bir daha nəzərinizə çatdıraq ki, layihənin ideyası “MT Hair Academy”nin rəhbəri Mətanət Babayevaya, saç düzümü stilist Esmira İsmayılovaya, Vizaj Nərmin Heydərovaya, videoçəkiliş isə videoqraf Adil İsmayılzadəyə məxsusdur. Layihəyə dəstək olan model isə aparıcı və aktrisa Mələk Heydərovadır.


Universitet tələbəsi 1 gün sonra BU HALDA TAPILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR