“Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda konfrans - FOTOLAR

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Nevroloqların Milli Assosiasiyası tərəfindən “Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda növbəti konfrans keçirilir.

Metbuat.az xəbər verir ki, tədbirdə uşaqlarda irsi xəstəliklərin diaqnostika və müalicəsi, pediatrik dağınıq skleroz, epileptologiya, genetik diaqnostika və nevrologiyanın digər aktual məsələləri müzakirə olunacaq.

Konfransda həmçinin Qazaxıstan Respublikasından dəvət olunmuş mütəxəssislər də çıxış edəcəklər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR