Bakıdan dünyaya "Ulduz elçilər"

Bakıdan dünyaya "Ulduz elçilər"
23:51 13 Yanvar 2015
266 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək ilk Avropa Oyunları üçün “Ulduz Elçi”lər olacaqlar.

ANS TV-nin “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bu gün yaydığı məlumata istinadən xəbər verir ki, əsasən, müğənnilərdən Tünzalə Ağayeva, Röya, “Eurovision” mahnı yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camal, Miri Yusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçilərdən DJ Shock daxildir.

Tanınmış aparıcılar Murad Dadaşov və İlkin Həsəni də bu sıraya aiddir. Onlar “Bakı 2015”in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında oyunların təbliğ olunmasına kömək göstərəcəklər.

İlk Avropa Oyunlarına artiq 150 gün qalıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR