İctimaiyyət nümayəndələri hərbi hissənin qonağı olublar - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində bir qrup ictimaiyyət nümayəndələri “N” nömrəli hərbi hissənin qonağı olub.

Metbuat.az xəbər verir ki, Kapital bankın idarə heyətinin sədri Rövşən Allahverdiyev və rəhbərlik etdiyi kollektiv şəhid ailələri, müharibə veteranları, əsgərlərlə görüşüb və bayram hədiyyələri təqdim ediblər.

Qonaqlar, həmçinin hərbi qulluqçuların xidmət və sosial məişət şəraiti ilə tanış olublar.

Görüşdə çıxış edənlər həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə tərəqqinin təmin edilməsindən, eləcə də ordu quruculuğu sahəsində qazandığımız uğurlardan danışıblar.

Şəxsi heyət üçün təşkil olunan konsert proqramından sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.

Sonda xatirə şəkli çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR