“Alstom” ilk yük lokomotivini Azərbaycana çatdırıb

"Alstom" şirkəti Bakı-Tbilisi-Qars regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə çatdırıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Metbuat.az-a verilən məlumata görə, Qazaxıstanda "EKZ" Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv dekabrın 7-də Astanadan yola salınaraq Azərbaycanın Biləcəri qəsəbəsinə gətirilib.

"Alstom" şirkətinin Qərbi və Mərkəzi Asiya bölgəsi üzrə icraçı direktoru Bernard Peille deyib: "Biz "Azərbaycan Dəmir Yolları"nın strateji partnyoru olmaqdan və ölkədə yük nəqliyyatına artan ehtiyacı qarşılamaqda kömək edəcək ilk yük lokomotivini çatdırmaqdan məmnunluq duyuruq".

Şirkət bir neçə ay ərzində Azərbaycan dəmir yolu infrastrukturunda təsdiqləyici sınaqlar keçirəcək.

"Alstom" şirkətinin "Prima" seriyası ağır yük, yük və sərnişin əməliyyatları və manevr yaxud yol işləri əməliyyatları üzrə bütün lokomotiv bazar seqmentlərini əhatə edir. AZ8A Azərbaycan üçün işlənib hazırlanmış “Prima” T8 ağır yük lokomotividir. O, hazırda Qazaxıstanda xidmət göstərən KZ8A lokomotivlərinə və ADY-nin spesifik texniki tələblərinə əsaslanır, GOST (Müstəqil Dövlətlər Birliyinin texniki standartlaşdırma təşkilatı) standartlarına və göstəricilərinə uyğundur. 1990-cı ildən bu günə qədər dünyada 3000-dən çox” Prima” lokomotivi satılıb.

Səkkiz oxu olan “Prima” T8 dünyada ən güclü elektrik lokomotivlərindən biridir. Bu model quraşdırılmış 8,8 meqavatt davamlı güc ilə 9000 tona qədər yükü yedəyə almağa və saatda 120 kilometr sürətlə hərəkət etməyə qadir olan iki hissəli yük lokomotividir. AZ8A -25°C - 50°C temperaturlarda fəaliyyət göstərmək üçün layihələndirilib. O, minimal texniki xidmət tələb edir və modulyar dizaynı sayəsində yüksək səviyyədə etibarlılıq, eləcə də aşağı istismar müddəti xərcləri ilə əlaqədar tələbləri təmin edir.

"Alstom" və "Transmaşholdinq TMH" (Alstom 75 faiz, TMH 25 faiz) arasında müştərək müəssisə olan "EKZ"-də 440 işçi çalışır. Müəssisə Qazaxıstanın Milli Dəmir Yolu şirkəti olan "KTZ" tərəfindən sifariş edilən "Prima" elektrik lokomotivlərinin təchiz edilməsi və onlara texniki xidmət göstərilməsi, eyni zamanda Azərbaycan kimi ixrac bazarları üzərində çalışır. Bu gün 50 KZ8A yük lokomotivi və 20 KZ4AT sərnişin lokomotivi Qazaxıstanın dəmir yolu xətlərində kommersiya fəaliyyəti göstərir.

Universitet tələbəsi 1 gün sonra BU HALDA TAPILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR