Samsung daha bir smartfonu satışa çıxardı - FOTO

Samsung daha bir smartfonu satışa çıxardı - FOTO
23:52 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Samsung şirkəti dünən Galaxy A7 smartfonunu rəsmən elan edib. Bu, sözügedən istehsalçının çeşidində ən nazik smartfondur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, korpusun qalınlığı 6,3 mm-dir. Müqayisə üçün, iPhone 6 smartfonunda bu göstərici 6,9 mm-dir.
 
Yeni aparat səkkiznüvəli prosessorların modelləri ilə fərqlənən iki modifikasiyada təqdim edilib. Versiyalardan birində 64 bitlik Qualcomm Snapdragon 615 çipi, digərində 32 bitlik Exynos 5430 çipi quraşdırılıb.
 
Samsung Galaxy A7 aparatı 2 QB əməli və 16 QB daxili yaddaş (çıxarılıb taxılan microSD daşıyıcıları üçün slot var), 5,5 düymlük HD təsvir ölçülü Super AMOLED ekran, 13 meqapiksellik LED işıqlandırıcı və avtofokusa malik əsas, həmçinin selfi çəkilişi üçün 5 meqapiksellik ön kameralarla təchiz edilib.
 
Bundan başqa, telefonda LTE, Bluetooth 4.0, Wi-Fi 802.11 b/g/n və GPS simsiz rabitə modulları, 2600 milliamper/saat tutumunda akkumulyator batareyası var və TouchWiz UI interfeysli Android 4.4 KitKat proqram platforması ilə işləyir.
 
Təxminən 507 avro qiymətində olacaq Samsung Galaxy A7 smartfonunun satışına 2015-ci ilin birinci rübündə başlanılacaq. Smartfonun korpusu üç rəngdə əlçatan olacaq.
 
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/318858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR