İran vətəndaşında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından Azərbaycana gələn İİR vətəndaşı Asbaghikourabaslou Saeid Samad Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycana piyada gələn A.S.Samad ilə aparılan şifahi sorğu-sual zamanı həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin, narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaradan Asbaghikourabaslou Saeid Samad Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun daxili orqanlarının tibbi müayinəsi zamanı düz bağırsağından 6 büküm aşkarlanıb. Bükümlərdən 5-nin içərisində qablaşdırılma ilə birgə ümumi çəkisi 149 qram olan, ağ rəngli, kristal şəklində psixotrop maddə - metamfetamin, sonuncu bükümdə isə 2 ədəd ayrı-ayrı sellofana bükülü şəkildə, qablaşdırılma ilə birlikdə ümumi çəkisi təqribən 1 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Universitet tələbəsi 1 gün sonra BU HALDA TAPILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR