Zülfiyyə Bayramova İnstagram hesabından izləyicilərinə yazdı

Uzun zamandır xərcəng xəstəliyi ilə mübarizə aparan Zülfiyyə Bayramova ürəyini izləyicilərinə açdı.

Metbuat.az bildirir ki, Bayramova İnstagram hesabından şəkilini paylaşıb və bu sözləri yazıb.

"Həyatımın arxada qalan, amma yaddaşımın bir küncündə ömürlük həkk olunmuş 9 ay. Mən bu 9 ayda nələr yaşa(ma)dım? “Bədxassəli şiş var sizdə“ deyən həkimin qarşısında əllərimi açıb “Şükür sənin məsləhətinə, ya Rəbbim” deyəndə, önümdəkinin təəccübündən başladı qeyri-adiliklər. Kimi xəstəliyimin keçici ola biləcəyindən ehtiyatlanıb məndən uzaq gəzdi. Bəzisi sanki indi öləcəkmişim kimi mənə ürəyi yanıb “Yazıq, nə yaşı var” dedi, elə yanaşdı mənə. “Bizim bir tanış var, 15 ildi yaşıyır, hələ də top kimidir” deyənlər də oldu və bununla sanki ömrümün gələcək 15 ilini qarantiləmək istədi. Məni görüb pıçıldayanların sayı-hesabı olmadı. Nə dediklərini eşitməsəm də mütləq öləcəyimi müzakirə etdiklərini anladım. Elə bilirsiniz təbəssümümü saxta adlandıranlar tapılmadı? Yoxsa gülüşümü kənara qoyub gözümdə kədər axtaranlar az oldu? Kimisi gülən şəklimin altında ”Əşi, hələ xərçəngdən sağalan olmayıb” deyə ölüm fərmanı verən alın nəqqaşıtək yazılar yazdı. Kimi “Xəstə deyil, özünü reklam edir” dedi... Və sair, və ilaxır. Bu hələ yadda qalanlardır. Azərbaycan sərhəddini keçəndə mənə göstərilən qayğı, Türkiyə sınırında sərhədçi qızın pasport şəklimə baxıb,”Bu sizmisiniz? Lütfen şapkanızı çıkarın” deməsi, başımı açarkən isə zavallı qızcığazın qeyri-ixtiyari ayağa qalxıb üzr istəməsi içimi paramparça etdi. Bax beləcə özləri də bilmədən, istəmədən qəlbimi qırdılar. Amma mən daim gülümsədim. ARDI? ARDI VAR. MÜTLƏQ OLACAQ!"

Sevinc Kərimova/METBUAT.AZ

Xalq artistinə qarşı təxribat – Zəhərləmək istədilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR