​Ərdoğanla Ruhani arasında görüş keçirilib

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın dövlət başçısı Həsən Ruhani arasında görüş keçirilib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti, ABŞ qoşunlarının bu ölkədən çıxarılma prosesini, rəsmi Ankaranın Suriyanın şimal-şərqində həyata keçirməyə planlaşdırdığı hərbi əməliyyatları, Türkiyə-İran münasibətlərini müzakirə edib. Təkbətək görüşdən sonra liderlər jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bildirib ki, Türkiyə və İran regionda toqquşmaların qarşısının alınması üçün bir sıra vacib addımlar ata bilər.

Türkiyə lideri qeyd edib ki, Ankara regionda ölkəsinin təhlükəsizliyi və sabitliyini pozacaq hər hansı stukturların yaranmasına imkan verməyəcək.Bunun üçün Türkiyə ümumi təhlükələri aradan qaldırmaq üçün İranla hərtərəfli əməkdaşlığı davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Tehrana qarşı sanksiyaları da buna mane ola bilməyəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR