“Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi / FOTOLAR

Ötən gün Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Cəfər Cabbarlı adına Kakalos kənd tam orta məktəbində tədbir keçirilib.

Metbuat.az bildirir ki, “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov, məktəbin direktoru Şölə Əhmədova, icma sədri Hüseynxan İsayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kakalos kənd tam orta məktəbin direktoru Şölə Əhmədova çıxışında məktəbdə bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına təkan verəcəyini bildirib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məslətəhçisi Turan Həsənzadə çıxışında gənc nəslin vətənpərvərlik tərbiyəsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu və dövlətin buna xüsusi diqqət ayırdığını bildirib. T.Həsənzadə gənclərin dini radikalizmdən və zərərli vərdişlərdən uzaq olması, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Astara RİH başçısının Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov ölkəmizin bütün dinlərə bərabər yanaşdığını, xalqımızın tolerantlığa və multikulturalizmə söykənən milli-mənəvi dəyərlərinin olduğunu vurğulayıb. Natiq gəncləri xalqımızın zəngin milli-mənəvi dəyərlərinə sadiq olmağa çağırıb.

İcma sədri Hüseynxan İsayev və məktəbin müəllimi Cəmil Hüseynov bu səpkidə keçirilən tədbirlərin gənclərin mənəvi dünyasını daha da zənginləşdirəcəyinə, vətənpərvər ruhda böyümələrində yardımçı olacağını bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dekabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR