Bu müəllimlər imtahan verəcək

Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək.

Diaqnostik qiymətləndirmə saat 11.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Namizədlərdən imtahan keçiriləcək ünvana ( 5 nömrəli Bakı Peşə Liseyinin binası, Məhsəti küçəsi, 3) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

Dekabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR