​Uşaq moda gecəsinə sayılı günlər qaldı / FOTOLAR

"Excelsior" otelində "KL Fashion Kids-2018" adlı uşaq moda gecəsi keçiriləcək.

Metbuat.az xəbər verir ki, moda gecəsində 5-15 yaş arası uşaqlar iştirak edəcək. Onlardan 15-i qız, 15-i isə oğlandır.

Dəfilənin münsif kürsüsündə məşhur müğənnilər Samir Cavadzadə, Ayaz Babayev, Yaşar Yusub, Aynişan Quliyeva, Ülvi, Orxan Nəriman, Türkvision qalibi Həvva Hüseynova, Amina, Anar Mədətov, Əhməd Mustafayev, Türkan Heydərova, Məryəm Əlibəyli, Nəzakət, aparıcı Afaq Gəncəli, idmançı Kamil Zeynallı, jurnalist Rəqsanə Həsənova və s. bir çox tanınmışlar əyləşəcəklər.

Podiuma çıxan uşaqlar sırasında məşhurların övladları da olacaq. Tədbirin sonunda parti olacaq və tanınmış müğənnilər sevilən ifalarını səsləndirəcəklər.

Qeyd edək ki, uşaq moda gecəsi dekabrın 26-da saat 18:00-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR