Zəlzələ, sel, qasırğa Qərbi Azərbaycana 226 milyon dollar ziyan vurub

Bu il təbii fəlakətlər İranın Qərbi Azərbaycan vilayətinin infrastruktur və kənd təsərrüfatına 9,5 trilyon rial (təxminən 226 milyon dollar) ziyan vurub.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayəti fövqəladə halların idarə olunması idarəsinin baş direktoru Əmir Abbas Cəfəri deyib.

Onun sözlərinə görə, ziyanın 950 milyard rialı (təxminən 22,6 milyon dollar) kənd təsərrüfatı, qalanı isə infrastrukturlar, o cümlədən yollar və kənd evlərinə aiddir.

Cəfəri əlavə edib ki, İranda hər dörd ildə bir dəfə 5 baldan yuxarı, hər 10 ildə bir dəfə 6 və 6,5 baldan yuxarı zəlzələ baş verir. Buna görə, kənd evlərinin möhkəmləndirilməsi diqqət mərkəzində durmalıdır:

"Cari ildə fövqəladə hallar qarşısında sığortalanan kənd evlərinin sayı 130 min ev olub. Ümumilikdə Qərbi Azərbaycan vilayətində fövqəladə hallar qarşısında 250 min evdən təxminən 68 mini sığortalanıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR