Bir qrup gənc hərbi dənizçilərin

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Hərbi Dəniz Qüvvələrində mədəni-kütləvi tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri hərbi dənizçilərin qonağı olublar.

Görüş zamanı qonaqlar gəmilərdə hərbi qulluqçuların xidməti və sosial-məişət şəraiti ilə tanış olublar. Dənizçi zabitlər gəncləri maraqlandıran sualları da cavablandırıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.

Qışın ilk gününün proqnozu - Güclü külək əsəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR