ABŞ-dan Ukraynaya 2 milyardlıq dəstək

ABŞ-dan Ukraynaya 2 milyardlıq dəstək
00:46 14 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Ukraynaya 2 milyard dollar kredit ayıracaq.

ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama verib.

Nazirliyin məlumatına görə, ilin birinci yarısında Ukraynaya 1 milyard dollar ayrılacaq.

Konqreslə müzakirələrdən sonra isə Kiyevə daha 1 milyard əlavə kredit veriləcək. Nazirlik bildirib ki, buna təminat Ukraynanın Beynəlxalq Valyuta Fondunun kredit şərtlərini yerinə yetirməsindən aslı olacaq.

Beynəlxalq Valyuta Fondu bu həftə Kiyevdə Ukrayna hakimiyyəti ilə danışıqları bərpa edib. Söhbət Ukraynaya vəd edilən 17 milyard dollarlıq yardım paketinin icrasından gedir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR