Poroşenkonun mağazalarını dağıtdılar (VİDEO)

Poroşenkonun mağazalarını dağıtdılar (VİDEO)
01:01 14 Yanvar 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

"Roshen" şirniyyat korporasiyası öz YouTube kanalında firmanın mağazalarına hücumları əks etdirən video yerləşdirib.

ANS PRESS-in məlumatına görə, oğrular yanvarın 3-dən 11-dək "Minsk", "Osokorki" və "Jıtomirski" metro stansiyalarının ərazisində olan "Roshen" şirkətinin mağazalarını dağıdıblar.

Videoda görünür ki, bir neçə insandan ibarət qrup mağazaya yaxınlaşır və onun qapılarını yandırırlar.

Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, Ukrayna prezidenti Pyotr Poroşenkoya aid olan "Roshen" şirkətinın Kiyevdə yerləşən dörd mağazasına hücum edilib. Hücum edənlərin kim olduğu hələlik açıqlanmır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR