Erməni general 25 milyona azadlığa çıxdı - VİDEO

Ermənistanda həbs edilən sabiq müdafiə nazirinin müavini, general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunub.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, Ümumi Yurisdiksiya Məhkəməsi Qriqoryanın 25 milyon dram müqabilində azad edilməsi barədə qərar verib.

Azadlığa çıxdıqdan sonra sabiq nazir müavini jurnalistlərə açıqlama verməyib.


Qeyd edək ki, vəkillər son altı ay ərzində dəfələrlə məhkəməyə müraciət edərək M.Qriqoryanın xəstəliyi ilə əlaqədar onun azad olunmasına çalışırdılar.

Xatırladaq ki, Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirli bilinirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR