Azerbaycanlilar Rusiyada ev almaga axisir (VIDEO)

Azerbaycanlilar Rusiyada ev almaga axisir (VIDEO)
01:51 14 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

Rublun deyerden dusmesi Rusiyada ev arzusunda olanlarIn xeyrine isleyir.

Statistik melumatlara gore, eveller Bakida satilan menzillere sahib olanlarin ucde biri Rusiyada calisan vetendaslarimiz idise, aparilan monitorinqler veziyyetin deyisdiyini ortaya cixarib.

ANS TV-nin melumatina gore, qonsu olkede bas veren hadiseler ve rus rublunun deyerden dusmesi, Bakinin menzil bazarina tesir gostermeye baslayib. Bele ki, bir zamanlar Bakida ev almaga can atan vatendaslarimiz, indi paytaxdaki menzilini satib Rusiya seherlerinde ev almaga uz tutur. Bezen ise menzilini teklif olunan reyal qiymetden asagi satanlara da rast gelinir.

Ekspert Vefadar Axundov bildirdi ki, Rusiyada rublun deyerden dusmesi ile emlaklarin qiymeti iki defe asagi dusub: "Lakin Azerbaycanda infilyasiya olmadigina gore, hem evlerin, emlaklarin ve obyektlerin qiymetleri asagi dusmediyine gore, onlara serf edir ki, burdaki obyektleri satib Rusiyada emlak alsinlar”.

Statistikaya gore, 2014-cu ilin sentyabr ayindan paytaxda ev almaq isteyen vetandaslarin sayinda azalma musahide olunub. Eyni zamanda melum olub ki, Rusiyada calisan vetendaslarin ekseriyyeti paytaxda bir deyil, bir nece menzile sahibdir. Ekspertlerin fikrince, orada calisan vetendaslarimiz, Rusiyanin dusduyu hazirki veziyyetinden bacardiqlari qeder semereli istifade etmeye calisirlar.

Iqtisadci ekspert Vuqar Bayramlinin sozlerine gore, indiki merhelede aparilan monitorinqlerin neticesi onu gosterir ki, Rusiyada yasayan azerbaycanlar bir menzili saxlayaraq, diger bir menzili, yeni 2-ci ve ya 3-cu menzillerin satisini heyata kecirirler: “Rusiyada yasayan azerbaycanlilar Bakida elece de Azerbaycanin diger seherlerde menzillerin satisa cixarmasi ve satmasi evvela onunla baglidir ki, Rusiyada rublun deyerinin asagi dusmesi, Rusiyada emamma ucuzlasmasina getirib cixarib. Cunki Rusiyada dasinmaz emlak rubulla satilir. Rubulla satildigi ucun onun dollarla muqayisede deyeri asagi dusur”.

Diger terefden son zamanlar Rusiyada ticaretle mesgul olan vetendaslarimiz, oz biznesini rublla heyata kecirdiyi ucun ziyana ugrayib. Bu uzden onlar Bakida sahib oldugu evi satmaqla oz ticaret dovruyyesini qoruyub saxlamaga calisir.

Umumilikde monitorinqlerin neticesi onu gosterir ki, Rusiyada bu cur veziyyet davam ederse, Bakida evlerin qiymetinde azalmalar qacilmazdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR