"Real" futbol oynamır" - Xavi

"Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes "Real"ın hazırkı çıxışını dəyərləndirib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hazırda Qətərin "Əl-Sadd" klubunun formasını geyinən ispan futbolçu madridlilərin komanda oyunu sərgiləmədiyini bildirib:

"Son vaxtlar "Real" futbol oynamır. Onlar sanki başqa idman növü ilə məşğul olurlar. Bu komandanın son 3 ildə Çempionlar Liqasını qazanması sırf bəzi futbolçuların fərdi ustalığı ilə bağlıdır.Rəqib hücum edərkən elə təəssürat yaranır ki, sanki komandanın bir hissəsi meydanda deyil, oyunda iştirak etmir. "Real"da komanda oyunu yoxdur".

Xavi Kriştiano Ronaldonun gedişinin komandaya mənfi təsir etdiyini söyləyib: "Düşünürdüm ki, "Real" Ronaldosuz daha yaxşı, əsl komanda olacaq. Amma indi görünür ki, onların həqiqətən də Ronaldoya ehtiyacı var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR