Kim Çen Inın Seula səfəri bu il baş tutmayacaq

KXDR lideri Kim Çen Inın Seula cavab səfəri 2018-ci ildə baş tutmayacaq.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikası Prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib. Onun sözlərinə görə, hazırda Seul və Pxenyan bu məsələni müxtəlif kanallar vasitəsilə müzakirə edirlər.

“Vaxt azlığı səbəbindən növbəti sammit çətin ki, baş tutsun, lakin görüş yaxın zamanlarda keçiriləcək”, - deyə Prezident administrasiyasının nümayəndəsi bildirib. O, həmçinin qeyd edib ki, tədbir Şimal üçün “ilkin şərt olmadan istənilən uyğun vaxtda təşkil oluna bilər”. Pxenyana hazırlıq üçün vaxt lazım olduğu başadüşüləndir.

Xatırladaq ki, bu ilin sentyabrında Pxenyanda keçirilən koreyalararası sammit zamanı KXDR lideri yaxın vaxtlarda Cənubi Koreya paytaxtına səfər edəcəyinə vəd vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR