“Guardian”ın Azərbaycana qarşı qərəz tarixi

“Guardian”… Bu söz dilimizə “gözətçi” kimi tərcümə olunur. Böyük Britaniyanın “Guardian” qəzeti Azərbaycana qarşı şərin gözətçiliyini davam etdirir.

Metbuat.az Real tv-yə istinadən xəbər verir ki, qəzetin Azərbaycana qarşı qərəzinin tarixi illər əvvələ gedib çıxır. 2015-ci ildə bu orqan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı ən əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil etmişdi. İşğaldan sonra xarabalığa çevrilən Dağlıq Qarabağda əyləncə axtaran qəzet Azərbaycanın özünü isə tətil üçün ən yaxşı ölkələrin siyasına salmamışdı.

Bundan sonra Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqda qərar qəbul edildi və Azərbaycana qarşı “qara piar” kampaniyasının gözətçiliyini yenə “Guardian” üzərinə götürdü. Oyunların keçiriləcəyi müddətdə dünyanın diqqətinin Azərbaycanda olduğunu görən bəzi təşkilatlar, ö cümlədən, bu qəzet ölkəmizi qaralamağa çalışırdı.

Qəzetin idman jurnalisti idman oyunlarını siyasət alətinə çevirməyə cəhd edir, yazılarını Azərbaycan barədə alçaldıcı, təhqiramiz tonlara hısr edirdi. Qəzetin əməkdaşı Ouen Gibson Avropa oyunlarına hazırlıqla bağlı məqalə yazmaq adı ilə Azərbaycana səfər etsə də, ölkəsinə qayıtdıqdan sonra Azərbaycan əleyhinə yazılarla çıxış etdi. Maraqlıdır ki, bu, idman jurnalistinin karyerasındakı ilk siyasi məqalələri idi.

Bütün cəhdlərə və qarayaxmalara baxmayaraq, 1-ci Avropa oyunları baş tutdu, 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə apardı. Bu idmançılar arasında “Guardian”ın ölkəsindən də idmançılar gəlmişdi və yarışların üçüncüsü olan Böyük Britaniya təmsilçiləri ölkələrinə 47 medalla qayıtmışdılar. 1-ci və 2-ci yerləri isə Rusiya və Azərbaycan idmançıları tutdular.

Ötən illər ərzində Azərbaycana qarşı kin və nifrət yuvası olduğunu dəfələrlə sübut edən “Guardian” şərə gözətçiliyi indi də davam etdirir. Qəzetin son günlər apardığı kanpaniya da əvvəlkilərin davamıdır.

Bu arada, “Guardian”ı böhtançılıqda günahlandıran tək biz deyilik. WikiLeaks Culian Assanca atdığı böhtana görə qəzeti məhkəməyə verməyə hazırlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR