Kriştianu Ronaldu və rusiyalı model İrina Şeyk arasında münasibətlər sona çatıb.
ANS PRESS-in məlumatına görə, bu haqda “101greatgoals” portalı xəbər verib.
Xəbərdə qeyd olunur ki, məhz buna görə İrina Şeyk "Qızıl top" mükafatının verilməsi mərasimində iştirak üçün portuqaliyalının ailəsiylə birlikdə Sürixə gəlməyib.
Mənbənin məlumatına görə, tədbirdən sonra rusiyalı model həmçinin qələbə münasibəti ilə də Ronaldunu təbrik etməyib.
Xatırladaq ki, İrina və Kriştianu arasında romantik münasibətlər bir neçə il boyunca davam edib.