Toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların istehsalı sahəsində 295,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 42,4 faiz, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalında 28,3 faiz artım, geyim istehsalında isə 2,1 faiz azalma müşahidə olunub.