Dövlət qulluqçuları hər gün gimnastika ilə

Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.

Metbuat.az xəbər verir ki, Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün “Sağlamlıq günü” keçirməlidirlər.

Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

Sənəddə bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar keçirməlidirlər.//AzərTAc

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR