İŞİD yer üzündən silinəcək

İŞİD yer üzündən silinəcək
03:16 14 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa müdafiə naziri İŞİD terror qruplaşmasına münasibətlərindən danışıb.

ANS PRESS-in məlumatına görə, fransız müdafiə naziri Jan-İv Drian yerli radiolardan birinə müsahibə verib.

Drian bildirib ki, İŞİD terror qruplaşması məhv ediləcək və Yer üzündən silinəcək.

“Fransa, Parisdəki terror aktlarından sonra geri addım atmayacaq və İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan koalissiyadan da çıxmaq niyətində deyil”, - deyə Jan-İv Drian sözlərinə əlavə edib.

O, həmçinin müsahibəsində 3500 fransız əsgərinin Malidəki terrorçularla mübarizə apardığını, 10 mininin isə Fransanın özündə səfərbər edildiyini, həbçilərin müxtəlif cəbhələrdə olsalar da eyni mübarizəni apardıqlarını deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR