Prokurorluq məşhur aktyorlar barədə araşdırma başlatdı

Türkiyənin iki məşhur aktyoru Müjdat Gəzən ve Mətin Akpınar barəsində prokurorluqda araşdırma başlayıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Baş Prokurorluğunun yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd edilib ki, buna səbəb hər iki aktyorun Uğur Dündarın "Xalq arenası" verilişində Türkiyə prezidenti barədə təhqiredici fikirlər səsləndirməsi, eləcə də vətəndaş müharibəsi və qiyama çağırışlar etməsinə dair iddialardır. Hər iki aktyor ifadələrinin alınması üçün prokurorluq orqanlarına çağırılıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR