Paris terrororunun daha bir atışma videosu

Paris terrororunun daha bir atışma videosu
03:36 14 Yanvar 2015
198 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 7-də Parisdə Şarle Hebdo satirik jurnalına hücumun daha bir videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, Reuters agentliyinin yaydığı videoda terrorçular hadisəyə müdaxilə etməyə çalışan polis maşınını atəşə tuturlar.

Baş verənləri yaxınlıqdakı binadan mobil telefona çəkən şəxlər görüntüləri sosial mediada yayıblar.

Terorçularının yolunu kəsməyə çalışan polis maşını hər 2 maskalı şəxs tərəfindən güclü atəşə tutulur. Polis maşını geriyə hərəkət edərək atəşdən uzaqlaşmağa çalışır.

Qeyd edək ki, maşındakı polis əməkdaşları gülləbarandan xəsarətsiz qurtula biliblər.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR