Bakıda 30 yaşlı piyadanı maşın vurub - FOTOSESSİYA

Bakıda 30 yaşlı piyadanı maşın vurub - FOTOSESSİYA
03:52 14 Yanvar 2015
191 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 03:43 ]


Bakı-APA. Bu gecə Bakının Xətai rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın məlumatına görə, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. 30 yaşlı Rüstəmov Sahib Ələddin oğlu KİA markalı minik maşını ilə vurulub.

 

İlkin məlumata görə, piyada qəfildən yolun əks istiqamətinə keçmək istəyib. Həm Sahib Rüstəmovun, həm də maşının sürücüsünün diqqətsizliyi 30 yaşlı piyadanın ağır xəsarət alması ilə nəticələnib. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, sol budu sınan və üz toxumaları zədələnən Sahib Tüstəmov əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qəzanın təfərrüatını Xətai Rayon Polis İdarəsinin müstəntiqləri araşdırır. Faktla bağlı cinayət işi başlanılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR