Üç deputata yeni vəzifə verilir

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

Metbuat.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik təklif edilir.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bakıda atəşfəşanlıq olacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR