"Məqsədimiz odur ki, qısa cümlələrlə vacib mesajlar çatdıra bilək” – Emin Musəvi

Bu gün “ASAN Radio”nun 3 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 24 dekabr, 2015-ci il tarixdə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olaraq “ASAN Radio” sosial, elm, idman, mədəniyyət və digər sahələrində maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir. “ASAN Radio” həm “ASAN xidmət” mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir.

Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir. “ASAN Radio” həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, BDU-nun jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçərək radio yayımçılığının müasir metodlarını öyrənirlər. “ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır. “ASAN Radio” Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir. “ASAN Radio” beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir. Müxtəlif dövlət qurumları, həmçinin bizneslərini inkişaf etdirən özəl strukturlar “ASAN Radio”nu etibarlı tərəfdaş olaraq seçir və təbliğat platformasından yararlanırlar.

Radionun rəhbəri Emin Musəvi Metbuat.az-da “Medianın üzü” layihəsində müsahibəsi zamanı bildirib ki, bu illər ərzində radioda çox işlər görülüb: “Bizim radiomuz dövlət başçısı İlham Əliyevin tapşırığı ilə yaradılıb və sırf dövlət xidmətləri sahəsində ixtisaslaşan radiodur. Məqsədimiz odur ki, maarifləndirməklə məşğuluqsa, onu elə formada edək ki, yorucu olmayaq, daha dinamik olaq, qısa cümlələrlə vacib mesajlar çatdıra bilək. Bu gün beynəlxalq qurumlarla da bu formada əməkdaşlıq edirik, layihələrimiz da var. Tutaq ki, Avropa İttifaqının layihəsi var bizdə, Birləşmiş Millətlər Təşkilatının layihəsi var, bir çox şirkətlər bizimlə işləyir, etibar edir, həm banklar, həm mobil operatorlar. Bu o deməkdir ki, biz həm də müasir standartlarla işləyirik, bizə qulaq asırlar, biz də çalışırıq ki dinləyiciləri çox yormayaq. Düzdür, bəzən elə olur ki, nisbətən çox danışmalı oluruq, amma bütövlükdə yorucu olmamağa çalışırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR