50 avtomobil toqquşdu - 7 ölü

Hindistanın Haryan ştatında sıx duman səbəbindən 50 avtomobil toqquşub. Zəncirvari qəza nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın “NDTV” telekanalı məlumat yayıb. Qeyd olunub ki, zəncirvari qəza Cadcar şəhərinin yaxınlığındakı Rohtak-Revari şosesində baş verib. Qəzaya uğrayan avtomobillərin sırasında məktəbli avtobusları da var.

Xəstəxanaya aparılan yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir. Zəncirvari qəza nəticəsində 2 kilometr uzunluğunda sıx tıxac yaranıb, nəqliyyatın hərəkəti iflic olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR