Mən aktyorluğu tərk edib başqa işlərlə məşğul olacağam

Kıvanç Tatlıtuğun iti Marsın qulaqlarını yaxşı görünsün deyə kəsdiyini iddia edən Emre Erçiş Kvanç Tatlıtuğdan üzr istəyib.

Metbuat.az xəbər verir ki,Emre Erçiş adındaki Twitter istifadeçisi Kıvanç Tatlıtuğun itinin qulagını kəsdiyini iddia edib.

Qeyd edək ki , bu iddialara sosial media hesabından cavab verən Kıvanç “Mars və Parsı aldığımız zaman qulaqları kəsik almışdıq. İtlərimin qulaqlarını mənim kəsdiyimi iddia edən və bunu sübut edə biləcək biri varsa acıqlasın. Əgər sübud edə bilsə mən aktyorluğu tərk edib başqa işlərlə məşğul olacam. Əgər sübut edə bilməsəniz siz sadəcə məndən üzr istəyin, mənə bəsdir” deyib. Həmin iddianı edən Emre Erçiş isə Kivanç və yoldaşı Başak Dizerdən üzr istəyib. “İtlərinin qulaqlarını kimin kəsdiyini təyin etmədən paylaşmağım böyük səhv idi” sözlərini öz sosial media hesabından paylaşıb.


"Sərxan ikinci Roza olmaq istəyir"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR