Türkiyədə rusiyalı terrorçu saxlanılıb

Türkiyənin Adana vilayətində keçirilmiş antiterror əməliyyatı nəticəsində Rusiya vətəndaşı saxlanılıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Çeçenistan sakinidir.

Adı açıqlanmayan terrorçunun “Həyat Təhrir əş-Şam” terror təşkilatının mənsubu olduğu və Yeni il ərəfəsində Türkiyədə terror aktları planlaşdırdığı bildirilib.

Bundan başqa onun Suriyada döyüşlərdə iştirak etdiyi və 2017-ci il yanvarın 1-də İstanbulda gecə klublarının birində terror aktı törətmiş Əbdülqədir Maşaripovun yaxını olduğu deyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR