Sunami qurbanlarının sayı

İndoneziyada baş verən sunami nəticəsində həyatını itirənlərin sayı 373 nəfərə çatıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması Agentliyinin mətbuat katibi Sutopo Purvo Nuqroho bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 1459 nəfər xəsarət alıb, 128 insan isə itkin düşüb.

Qeyd edək ki, İndoneziyanın hakimiyyət orqanları Sumatra və Yava adalarının sahilyanı rayonlarında sunami təhlükəsinin qaldığı barədə xəbərdarlıq ediblər. Yerli əhaliyə sahil xəttindən uzaq durmaq tövsiyə olunub. Yava adasının Banten vilayətinin Pandeqlanq və Seranq, həmçinin Sumatra adasının Lampunq rayonlarında yeni sunami zərbələri təhlükəsi qalır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR