Seysmoloji Mərkəz illik hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) AMEA-nın yer elmləri bölməsi və mərkəzin birgə iclasında 2018-ci ilin yekunlarına dair hesabat təqdim olunub.

Mərkəzin informasiya şöbəsindən Metbuat.az-a verilən məlumata görə, iclası açan yer elmləri bölməsinin akademik-katibi Fəxrəddin Qədirov RSXM əməkdaşlarının Rusiyada keçirilən “EcoWorld 2018” müsabiqəsində sürüşmə sahəsindəki nəticələrə görə birinci yer tutduqlarını bildirib və onların layiq görüldüyü diplom və medalı mərkəzin baş direktoru Qurban Yetirmişliyə təqdim edib.

Baş direktor bu il aparılan elmi və elmi-istehsalat işlərinin nəticəsi barədə illik hesabat verib. Onun sözlərinə görə, mərkəzin əməkdaşları il ərzində 11 beynəlxalq konfransda iştirak edib və onların 25 elmi məqaləsi dərc olunub. Mərkəzin iki əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib. RSXM-nin əməkdaşları 12 qrant layihəsində də iştirak ediblər.

Q.Yetirmişli, həmçinin şöbələr üzrə il ərzində aparılmış elmi tədqiqatlar və görülmüş işlərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb. Sonra bölmə üzvlərinin sualları cavablandırılıb.

Daha sonra akademiklər İbrahim Quliyev, Hətəm Quliyev və Əkbər Feyzullayev çıxış edərək mərkəzin ölkəmizdə seysmologiyanın inkişafına verdiyi töhfələrdən danışıblar.

Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR